Azərbaycan və Böyük Britaniya Qarabağda görülən işləri müzakirə edib

Azərbaycan və Böyük Britaniya Qarabağda görülən işləri müzakirə edib İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın İxracat naziri Qraham Styuart ilə görüşüb
Biznes
24 May , 2021 12:36
Azərbaycan və Böyük Britaniya Qarabağda görülən işləri müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın İxracat naziri Qraham Styuart ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, M.Cabbarov Azərbaycan-Böyük Britaniya əlaqələrinin genişləndiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkələrimiz arasında digər sahələrlə yanaşı, uğurlu ticarət və investisiya əməkdaşlığı həyata keçirilir. Böyük Brianiya Azərbaycana ən çox investisiya yatıran ölkədir. 4-cü iclası keçirilən Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli əlaqələrin inkişafında önəmli platformadır.

Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, rəqəmsal ekosistemin inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə danışıb, Böyük Britaniya ilə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialının böyük olduğunu qeyd edib.

Görüşdə azad edilmiş ərazilərimizdə nəzərdə tutulan işlər barədə məlumat verilib. Böyük Britaniyanın İxracat naziri bu işlərdə ölkəsinin şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi