Azərbaycan və Belarus arasında ticarət üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Belarus arasında ticarət üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub Belarusun iqtisadiyyat naziri Aleksandr Çervyakov və Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev arasında görüş keçirilib.
Biznes
19 Noyabr , 2021 13:37
Azərbaycan və Belarus arasında ticarət üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

Belarusun iqtisadiyyat naziri Aleksandr Çervyakov və Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev arasında görüş keçirilib.

“Report” Belarusun İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüş zamanı geniş aspektdə məsələlərə toxunulub. Tərəflər mövcud mal dövriyyəsi dinamikasının gələcək inkişaf imkanlarını müzakirə ediblər.

İqtisadiyyat naziri Belarusda istehsal olunan qida və maşınqayırma məhsullarının, tikinti materiallarının və digər məhsulların tədarükünü artırmağı təklif edib. Bununla yanaşı, Aleksandr Çervyakov turizm, logistika, ticarət, tikinti, xüsusilə də Azərbaycan ərazisində sosial obyektlərin tikintisində iştirak və s. kimi xidmət sahələrində əməkdaşlıq potensialının olduğunu deyib.

Ü.Baxşəliyev isə, öz növbəsində, Belarus təcrübəsindən istifadə etməklə aqrar şəhərciklərin tikilməsinə, həmçinin birgə istehsal müəssisələrinin genişləndirilməsinə Azərbaycanda tələb ola biləcəyini bildirib.

Müzakirələr zamanı Gəncə Avtomobil Zavodu və Azərbaycan Ticarət Evinin uğurlu ikitərəfli əməkdaşlıq nümunələri olduğu vurğulanıb.

Görüş zamanı kooperativ istehsal zəncirlərinin qurulması məsələsinə xüsusi diqqət ayrılıb. Bunun nəinki mal dövriyyəsini artırmağa, həmçinin onu balanslaşdırılmış hala gətirməyə imkan verəcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi