Azərbaycan və BƏƏ arasında biznes əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Azərbaycan və BƏƏ arasında biznes əlaqələrinin genişləndirilməsi müzakirə edilib "Azərbaycan ticarət, investisiya və turizm fəaliyyəti üçün regionun optimal məkanına çevrilib".
Biznes
8 Noyabr , 2021 15:54
Azərbaycan və BƏƏ arasında biznes əlaqələrinin genişləndirilməsi müzakirə edilib

"Azərbaycan ticarət, investisiya və turizm fəaliyyəti üçün regionun optimal məkanına çevrilib".

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Ticarət və Sənaye Palatasının baş direktoru Mohamed Helal Al Mheiri Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovla görüşdə deyib.

O, həmçinin bildiirib ki, rəhbərlik etdiyi qurum süni intellekt, elektron ticarət, ərzaq təhlükəsizliyi, IV Sənaye Inqilabı sahəsində müzakirələr aparmaq üçün BƏƏ sahibkarlarını və investorlarını Azərbaycanlı həmkarları ilə bir araya gətirməkdə maraqlıdır.

O.Məmmədov isə bildirib ki, Azərbaycan BƏƏ-ni Körfəz Əməkdaşlıq Şurasındakı əsas ticarət tərəfdaşı hesab edir və iki ölkə arasında əlaqələr genişləndirilməlidir.

"Əbu-Dabi Ticarət və Sənaye Palatası özəl sektorun dəstəklənməsində və Azərbaycanla ticarət əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır.", - deyə o qeyd edib.

O.Məmmədov Azərbaycandakı KOB İnkişaf Mərkəzlərinin fəaliyyəti barədə məlumat verib, gələcəkdə iki ölkə arasında biznes səfərlərinin sayının artırılması barədə arzusunu ifadə edib.

Son xəbərlər

Orphus sistemi