Azərbaycan Ukraynaya soğan ixracını kəskin artırıb

Biznes
  • 26 iyul, 2023
  • 12:50
Azərbaycan Ukraynaya soğan ixracını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 5 milyon ABŞ dolları dəyərində 16 min 190 ton soğan ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 dəfə, kəmiyyət olaraq 8,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 2,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,8 dəfə çox) 5 min 462 ton (+3 dəfə), Ukraynaya 1,7 milyon ABŞ dolları dəyərində (+384 dəfə) 5 min 457 ton (+248 dəfə), Gürcüstana 998 min ABŞ dolları dəyərində 4 min 847 ton (bir il əvvəl tədarük olmayıb), Moldovaya 43 min ABŞ dolları dəyərində 169,4 ton (3 il 6 aydan sonra bərpa edilib), Belarusa 31 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 104 ton (+2,4 dəfə) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (9 ölkəyə) ixrac edilmiş 12 min 939 ton soğanın 65,8 %-i Gürcüstanın payına düşüb.

44 - Tezliklə