Azərbaycan Ukraynaya kivi ixracını bərpa edib
- 29 fevral, 2024
- 11:47
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 2,9 milyon ABŞ dolları dəyərində 4 min ton kivi idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 3,6 %, kəmiyyət olaraq – 3,7 % çoxdur.
Azərbaycan İrandan 2,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,9 % çoxdur) 4 min ton (+4 %), Çilidən 42 min ABŞ dolları dəyərində (-2 %) 30 ton (-3 %), Çindən 25,6 min ABŞ dolları dəyərində (+2,5 %) 7 ton (dəyişməyib), İtaliyadan 6 min ABŞ dolları dəyərində (+3 dəfə) 1,6 ton (+2,6 dəfə), Yeni Zelandiyadan 1,7 min ABŞ dolları dəyərində (+3,7 %) 0,3 ton (-73 %) məhsul alıb.
Hesabat dövründə Azərbaycan 477,8 min ABŞ dolları dəyərində (-32 %) 425 ton (-26 %) kivi ixrac edib.
Azərbaycan Rusiyaya 435,3 min ABŞ dolları dəyərində (-38 %) 368,5 ton (-36 %) və Ukraynaya 42,45 min ABŞ dolları dəyərində 56,6 ton məhsul satıb.
Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Ukraynaya kivi tədarükünü bərpa edib.