Azərbaycan Ukraynadan tütün tədarükünü 5 dəfədən çox artırıb

Biznes
  • 06 may, 2024
  • 07:26
Azərbaycan Ukraynadan tütün tədarükünü 5 dəfədən çox artırıb

Bu ilin ilk iki ayı ərzində Azərbaycan 14,7 milyon ABŞ dolları dəyərində 895 ton çəkməli tütün idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 7,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 dəfə çoxdur) 509 ton (+5,4 dəfə), Türkiyədən 5,7 milyon ABŞ dolları dəyərində (-56 %) 229 ton (-66 %), Almaniyadan 786 min ABŞ dolları dəyərində 69 ton (bir il əvvəl tədarük olmayıb), İordaniyadan 470 min ABŞ dolları dəyərində 71,3 ton (bir il əvvəl tədarük olmayıb), Özbəkistandan 112,8 min ABŞ dolları dəyərində (-66 %) 2 ton (-57 %) tütün alıb.

2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 5 min ton tütünün 73,3 %-i Türkiyənin, 16,6 %-i Ukraynanın payına düşüb.