Azərbaycan Ukraynadan soya yağı tədarükünü bərpa edib

Biznes
  • 09 may, 2022
  • 13:33
Azərbaycan Ukraynadan soya yağı tədarükünü bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 125,38 min ABŞ dolları dəyərində 89,3 ton soya yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 1,1 % azdır.

Hesabat dövründə Ukraynadan 90,25 min ABŞ dolları dəyərində 65 ton, Türkiyədən 35,13 min ABŞ dolları dəyərində 24,3 ton məhsul gətirlib.

Ötən ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 16,7 % artıb və 2,8 % azalıb. Üçillik fasilənin ardından Azərbaycan Ukraynadan soya yağı tədarükünü bərpa edib.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi 1 min 772 ton soya yağının 89 %-i Rusiyanın payına düşüb.