Azərbaycan Ukraynadan sistern alışını bərpa edib

Biznes
  • 12 fevral, 2025
  • 10:41
Azərbaycan Ukraynadan sistern alışını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 30,1 milyon ABŞ dolları dəyərində 2 212 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 35 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 19,94 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 27 % azdır) 1 423 ədəd (-46 %), Polşadan 4,71 milyon ABŞ dolları dəyərində (+63 %) 416 ədəd (+42 %), Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (-42 %) 116 ədəd (-7 %), Fransadan 754 min ABŞ dolları dəyərində (+9 %) 58 ədəd (-16 %), Belçikadan 697 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 20 ədəd (-29 %) sistern alıb.

Azərbaycan 2 il 7 ayın tamamında Ukraynadan tədarükü (15,1 min ABŞ dolları dəyərində 1 ədəd) bərpa edib.