Azərbaycan Ukraynadan qələm idxalını kəskin artırıb

Biznes
  • 30 avqust, 2024
  • 09:39
Azərbaycan Ukraynadan qələm idxalını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,61 milyon ABŞ dolları dəyərində 20 milyon 941 min ədəd qələm idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 28 % çoxdur.

Hesabat dövründə Çindən 932 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 11 milyon 710 min ədəd (-36 %), Hindistandan 243,4 min ABŞ dolları dəyərində (+7 %) 5 milyon 623 min ədəd (+6,5 %), Türkiyədən 178 min ABŞ dolları dəyərində (-26 %) 2 milyon 57 min ədəd (-46 %), Almaniyadan 63 min ABŞ dolları dəyərində (-21 %) 55 min ədəd (-53 %), Ukraynadan 50,1 min ABŞ dolları dəyərində (+500 dəfə) 1 milyon 232 min ədəd (+4 107 dəfə) məhsul gətirilib.

2023-cü ildə Azərbaycana idxal edilmiş 4,52 milyon ABŞ dollarlıq qələmin 60 %-i Çinin payına düşüb.