Azərbaycan Ukraynadan nərə balığı idxalını bərpa edib
- 01 may, 2023
- 13:21
2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycan 341 min ABŞ dolları dəyərində 187,15 ton nərə balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19,4 %, kəmiyyət olaraq – 7 % azdır.
Hesabat dövründə Azərbaycana Rusiyadan 141,43 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 133,37 ton (+5,8 %), Polşadan 85 min ABŞ dolları dəyərində 12,14 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 59,92 min ABŞ dolları dəyərində 14 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 31 min ABŞ dolları dəyərində (+13 dəfə) 7 ton (+18,4 dəfə), Qazaxıstandan 22 min ABŞ dolları dəyərində (-70 %) 20 ton (-58 %) məhsul alınıb.
Dörd il 4 aylıq fasilənin ardından Azərbaycan Ukraynadan nərə balıqlarının alışını bərpa edib.