Azərbaycan Ukraynadan kakao tədarükünü bərpa edib

Biznes
  • 02 oktyabr, 2023
  • 16:00
Azərbaycan Ukraynadan kakao tədarükünü bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1,8 milyon ABŞ dolları dəyərində 453 ton kakao tozu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 39 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 924 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % azdır) 204 ton (-52 %), Niderlanddan 293 min ABŞ dolları dəyərində (+90 %) 72,2 ton (+57 %), Kot-d'İvuardan 166 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 42,9 ton (+79 %), Rusiyadan 95 min ABŞ dolları dəyərində (-54 %) 28,2 ton (-51 %), İspaniyadan 83 min ABŞ dolları dəyərində (+46 dəfə) 25 ton (+63 dəfə) kakao tozu alıb.

Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Ukraynadan (54,3 min ABŞ dolları dəyərində 21 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilmiş 1 min 105 ton kakao tozunun 63,9 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti