Azərbaycan Ukraynadan dəftər alışını 3 dəfə artırıb
- 27 avqust, 2024
- 10:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 1,41 milyon ABŞ dolları dəyərində 915 ton dəftər (kağız və kartondan) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 614 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,2 % çoxdur) 499 ton (+3 %), Rusiyadan 608 min ABŞ dolları dəyərində (+3,2 %) 351 ton (+19 %), Ukraynadan 133 min ABŞ dolları dəyərində (+97 %) 55 ton (+3 dəfə), Türkiyədən 40 min ABŞ dolları dəyərində (+4 dəfə) 3,2 ton (+14 %), Birləşmiş Ərəb Əmirliklərindən 5,3 min ABŞ dolları dəyərində (-58 %) 2,88 ton (-54 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 16 ölkədən idxal edilmiş 2 min 126 ton dəftərin 73,2 %-i Çinin payına düşüb.