Azərbaycan üç ölkəyə şəkər ixracını bərpa edib

Biznes
  • 25 yanvar, 2024
  • 12:49
Azərbaycan üç ölkəyə şəkər ixracını bərpa edib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 22,7 milyon ABŞ dolları dəyərində 30 min 409 ton şəkər ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 30 % azdır.

Azərbaycan Türkmənistana 14,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 72 % çoxdur) 19 min 717 ton (+54 %), Gürcüstana 2,6 milyon ABŞ dolları dəyərində (-65 %) 3 min 624 ton (-67 %), Tacikistana 1,9 milyon ABŞ dolları dəyərində 2 min 112 ton, Qırğızıstana 1,8 milyon ABŞ dolları dəyərində (+6,5 dəfə) 2 min 564 ton (+5,7 dəfə), İraqa 1,1 milyon ABŞ dolları dəyərində (+16 dəfə) 1 min 522 ton (+16 dəfə) şəkər satıb.

Azərbaycan 11 il 1 ayın tamamında Türkiyəyə (0,5 min ABŞ dolları dəyərində 0,5 ton), 1 il 10 aydan sonra Kanadaya (1,6 min ABŞ dolları dəyərində 1 ton) və 1 il 5 aylıq fasilənin ardından Tacikistana tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti