Azərbaycan üç ölkədən qarğıdalı yağı alışını kəskin artırıb

Biznes
  • 25 avqust, 2023
  • 12:16
Azərbaycan üç ölkədən qarğıdalı yağı alışını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan xaricdən 10,6 milyon ABŞ dolları dəyərində 5 min 945 ton qarğıdalı yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24,3 %, kəmiyyət olaraq – 28,6 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 5,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,7 dəfə çoxdur) 3 min 159 ton (+5,1 dəfə), Türkiyədən 5,1 milyon ABŞ dolları dəyərində (-27 %) 2 min 671 ton (-36 %), İtaliyadan 317,2 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 111,7 ton (+2,2 dəfə), Almaniyadan 11,2 min ABŞ dolları dəyərində (+3 dəfə) 1,7 ton (+2,1 dəfə) və İrandan 3,2 min ABŞ dolları dəyərində (-12 %) 1,6 ton (-12,3 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilmiş 17 min 364 ton qarğıdalı yağının 46,8 %-i Türkiyənin, 37,3 %-i Argentinanın, 14,8 %-i Rusiyanın payına düşüb.