Azərbaycan üç ölkədən mixək idxalını bərpa edib
- 11 mart, 2023
- 11:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycana xaricdən 917 min ABŞ dolları dəyərində 125 ton mixək gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 92,3 % çoxdur.
Hesabat dövründə İndoneziyadan 417 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 55,24 ton (+2,2 dəfə), Madaqaskardan 246 min ABŞ dolları dəyərində (+45 dəfə) 33,43 ton (+334 dəfə), Türkiyədən 109 min ABŞ dolları dəyərində (+6 %) 15 ton (-9 %), İrandan 46 min ABŞ dolları dəyərində (-65 %) 5,72 ton (-69 %), Hindistandan 18 min ABŞ dolları dəyərində (+33 %) 4,4 ton (+2,8 dəfə) məhsul idxal edilib.
Azərbaycana Almaniyadan (0,02 min ABŞ dolları dəyərində 0,01 ton), Birləşmiş Ərəb Əmirliklərindən (77 min ABŞ dolları dəyərində 11 ton) və İspaniyadan (0,84 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük bərpa edilib.