Azərbaycan üç ölkədən avokado tədarükünü bərpa edib
- 01 dekabr, 2023
- 13:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 970 min ABŞ dolları dəyərində 333,5 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu,ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 26 % çoxdur.
Hesabat dövründə Azərbaycan Keniyadan 334 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 89 % çoxdur) 110 ton (+86 %), Perudan 256 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 74,2 ton (+90 %), Cənubi Afrikadan 122,8 min ABŞ dolları dəyərində (+5,1 %) 39,8 ton (+1,3 %), Türkiyədən 122 min ABŞ dolları dəyərində (-17 %) 81,4 ton (-16 %), Lüksemburqdan 51,4 min ABŞ dolları dəyərində (-19 %) 6,6 ton (-28 %) avokado alıb.
Azərbaycan 10 il 4 aylıq fasilənin ardından Braziliyadan (1,9 min ABŞ dolları dəyərində 0,4 ton), 4 il 4 aydan sonra Mozambikdən (3,5 min ABŞ dolları dəyərində 0,7 ton) və 1 il 10 aylıq aradan sonra Niderlanddan (0,5 min ABŞ dolları dəyərində 0,02 ton) avokado tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 392 ton avokadonun 51 %-i Türkiyənin, 15,4 %-i Keniyanın, 12 %-i Perunun payına düşüb.