Azərbaycan Türkmənistana sardina və şprot ixracını bərpa edib 

Biznes
  • 14 iyul, 2025
  • 17:30
Azərbaycan Türkmənistana sardina və şprot ixracını bərpa edib 

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 2,15 milyon ABŞ dolları dəyərində 3 min ton sardinalar, kilkələr və ya şprotlar (dondurulmuş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 336 dəfə, kəmiyyət olaraq – 890 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,84 milyon ABŞ dolları dəyərində 2 626 ton (1 il əvvəl tədarük olmayıb), Qazaxıstana 286,1 min ABŞ dolları dəyərində 336,6 ton (1 il əvvəl tədarük olmayıb) və Türkmənistana 25,74 min ABŞ dolları dəyərində 39,6 ton məhsul satıb.

Azərbaycan 3 ilin tamamında Türkmənistana tədarükü bərpa edib.

44 filmi