Azərbaycan Türkmənistana əhəng tədarük etməyə başlayıb

Biznes
  • 08 avqust, 2023
  • 11:38
Azərbaycan Türkmənistana əhəng tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 743 min ABŞ dolları dəyərində 10 min 380 ton əhəng ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 27,3 % çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 727,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % çoxdur) 10 min 359 ton (+27 %) və Türkmənistana 16 min ABŞ dolları dəyərində 20,3 ton məhsul göndərilib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistana tədarük həyata keçirilib.