Azərbaycan Türkmənistana dondurma satışını kəskin artırıb

Biznes
  • 03 avqust, 2023
  • 09:46
Azərbaycan Türkmənistana dondurma satışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrdən 3,1 milyon ABŞ dolları dəyərində 595,1 ton dondurma idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Azərbaycan Türkiyədən 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 67 % çoxdur) 196,22 ton (+28 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (+37 %) 241,1 ton (+12 %), Ukraynadan 278,5 min ABŞ dolları dəyərində (+42 %) 73,1 ton (+33 %), Belarusdan 227,43 min ABŞ dolları dəyərində (+7,3 dəfə) 60,84 ton (+6,8 dəfə), Qazaxıstandan 106,72 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 18,93 ton (+2,4 dəfə) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 169 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 42,67 ton (+2,3 dəfə) dondurma ixrac edib.

Azərbaycandan İsrailə 106 min ABŞ dolları dəyərində 26,49 ton (bir il əvvəl tədarük olmayıb) və Türkmənistana 62,61 min ABŞ dolları dəyərində (+4 dəfə) 16,18 ton (+4,1 dəfə) məhsul göndərilib.

2022-ci ildə Azərbaycandan (İraqa, İsrailə, Türkmənistana və Gürcüstana) ixrac edilən 115 ton dondurmanın 41,7 %-i İraqın, 32,1 %-i İsrailin payına düşüb.