Azərbaycan Türkmənistana antifriz tədarükünü bərpa edib
- 01 aprel, 2024
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar ayında Azərbaycana 486,4 min ABŞ dolları dəyərində 414,2 ton antifriz idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 % azdır, kəmiyyət olaraq – 14 % çoxdur.
Azərbaycan Rusiyadan 242,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % çoxdur) 238,2 ton (+31 %), Türkiyədən 121,6 min ABŞ dolları dəyərində (+82 %) 109,15 ton (+3 dəfə), Almaniyadan 36,6 min ABŞ dolları dəyərində (-72 %) 10 ton (-80 %), İrandan 17,7 min ABŞ dolları dəyərində (+19 dəfə) 17,6 ton (+19 dəfə), İspaniyadan 16,5 min ABŞ dolları dəyərində 10,7 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 13 min ABŞ dolları dəyərində (+9 dəfə) 14 ton (+14 dəfə) antifriz ixrac edilib.
Azərbaycan İraqa 8,1 min ABŞ dolları dəyərində 9,5 ton (bir il əvvəl tədarük olmayıb), Türkmənistana 4,3 min ABŞ dolları dəyərində 4,3 ton və Böyük Britaniyaya 0,1 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb) antifriz satıb.
Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Türkmənistana tədarükü bərpa edib.