Azərbaycan Türkiyəyə şərab ixracını 12 dəfə artırıb
- 02 oktyabr, 2023
- 08:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 4,24 milyon ABŞ dolları dəyərində 205 min dekalitr üzüm şərabı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 72,2 % çoxdur.
Azərbaycan Rusiyaya 3,38 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 182 min dekalitr (+80 %), Türkiyəyə 211 min ABŞ dolları dəyərində (+5,4 dəfə) 5,3 min dekalitr (+12 dəfə), Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 206 min ABŞ dolları dəyərində (+86 %) 2,15 min dekalitr (+80 %), Belarusa 184 min ABŞ dolları dəyərində (+2,4 %) 7,97 min dekalitr (+2,4 dəfə), Niderlanda 67 min ABŞ dolları dəyərində 0,92 min dekalitr (bir il əvvəl tədarük olmayıb) şərab satıb.
Hesabat dövründə Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində (+81 %) 40 min dekalitr (+67 %) üzüm şərabı idxal edib.
Azərbaycan İtaliyadan 1,52 milyon ABŞ dolları dəyərində (+72 %) 17,1 min dekalitr (+70 %), Fransadan 869,6 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 5 min dekalitr (+2,6 dəfə), Gürcüstandan 374,44 min ABŞ dolları dəyərində (+43 %) 9,33 min dekalitr (+33 %), Rusiyadan 100,4 min ABŞ dolları dəyərində (+35 %) 2,1 min dekalitr (+11 %), İspaniyadan 83,11 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 1,16 min dekalitr (+3,4 dəfə) şərab alıb.
2022-ci ildə Azərbaycandan (24 ölkəyə) ixrac edilən 300 min dekalitr şərabın 90,3 %-i Rusiyanın payına düşüb.