Azərbaycan Türkiyəyə karbamid ixracını 9 dəfə artırıb
- 29 aprel, 2024
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 21 milyon ABŞ dolları dəyərində 116 min ton karbamid ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 97 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 8,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 26 min 612 ton (+4,2 dəfə), Türkiyəyə 7,6 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 22 min ton (+9 dəfə), Rumıniyaya 4,6 milyon ABŞ dolları dəyərində (-16 %) 12 min ton (+42 %), Albaniyaya 479 min ABŞ dolları dəyərində 2 min 998 ton (bir il əvvəl tədarük olmayıb) və Gürcüstana 115 min ABŞ dolları dəyərində 501,6 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 13 ölkəyə ixrac edilmiş 362 min 207 ton karbamidin 33,8 %-i Rumıniyanın, 17 %-i Ukraynanın, 17 %-i Türkiyənin payına düşüb.