Azərbaycan Türkiyəyə araq ixracını 13 dəfə artırıb

Biznes
  • 07 noyabr, 2023
  • 08:42
Azərbaycan Türkiyəyə araq ixracını 13 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 5,22 milyon ABŞ dolları dəyərində 51,45 min dekalitr araq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Azərbaycan Rusiyadan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % çoxdur) 21,63 min dekalitr (+8 %), Belarusdan 693 min ABŞ dolları dəyərində (-6 %) 11,62 min dekalitr (+3 %), Ukraynadan 664 min ABŞ dolları dəyərində (+6 %) 7,1 min dekalitr (+4 %), Fransadan 504 min ABŞ dolları dəyərində (+40 %) 1,1 min dekalitr (+26 %), Finlandiyadan 283 min ABŞ dolları dəyərində (+62 %) 1,72 min dekalitr (+50 %) araq alıb.

Hesabat dövründə Azərbaycan 870 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 16 min dekalitr (+4,7 dəfə) araq ixrac edib.

Azərbaycan Avstriyaya 478,3 min ABŞ dolları dəyərində 7,98 min dekalitr (bir il əvvəl tədarük olmayıb), İraqa 151,3 min ABŞ dolları dəyərində (+86 %) 3,51 min dekalitr (+83 %), Bolqarıstana 95 min ABŞ dolları dəyərində 1,45 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 69 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 2,5 min dekalitr (+13 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 34,35 min ABŞ dolları dəyərində (+62 %) 0,17 min dekalitr (+89 %) araq satıb.

44 - Tezliklə