Azərbaycan Türkiyənin Sinop bölgəsinin ən böyük ixracatçısı olub

Biznes
  • 02 fevral, 2023
  • 09:04
Azərbaycan Türkiyənin Sinop bölgəsinin ən böyük ixracatçısı olub

2022-ci ilin dekabr ayında Azərbaycandan Türkiyənin Sinop bölgəsinə 101 min ABŞ dollarlıq məhsul ixrac olunub.

“Report” Türkiyə Statistika Təşkilatının (TÜİK) hesabatına istinadən xəbər verir ki, bu dövrdə Azərbaycan bölgənin ən böyük ixracatçısı olub.

Növbəti pillələrdə isə Çin (94,4 min ABŞ dolları) və Tayvan (94,1 min ABŞ dolları) qərarlaşıb.

Hesabat dövründə bölgənin ixracı 4,656 milyon ABŞ dolları, idxalı isə 379 min ABŞ dolları olub ki, bu da, illik müqayisədə müvafiq olaraq 52 % çox və 45 % azdır.

2022-ci ildə Sinopun ümumi ixracı 33,654 milyon ABŞ dolları, idxalı isə 10,076 milyon ABŞ dolları olub.