Azərbaycan Türkiyədən zərgərlik mallarının idxalına çəkdiyi xərci 5 dəfə artırıb
- 05 fevral, 2024
- 12:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 886 min ABŞ dolları dəyərində zərgərlik malları idxal edib.
“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 4,7 dəfə çoxdur. Türkiyənin Azərbaycana zərgərlik malları ixracı ümumi ixracının 0,6 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi zərgərlik malları ixracının dəyəri illik müqayisədə 10,7 % artaraq 0,458 milyard ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox zərgərlik malları idxalını BƏƏ (104,2 milyon ABŞ dolları; illik müqayisədə 3,3 dəfə və ya 236,2 % çox), İraq (64,3 milyon ABŞ dolları; illik müqayisədə 9,5 dəfə və ya 847,4 % çox) və ABŞ (48,9 milyon ABŞ dolları; illik müqayisədə 17,2 % az) həyata keçirib.