Azərbaycan Türkiyədən yemiş idxalını kəskin artırıb

Biznes
  • 22 avqust, 2024
  • 11:39
Azərbaycan Türkiyədən yemiş idxalını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 106 min ABŞ dolları dəyərində 149 ton yemiş idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 64 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,9 dəfə çoxdur) 91,55 ton (+2,9 dəfə), Türkiyədən 36,7 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 52,5 ton (+3,3 dəfə), Braziliyadan 4,7 min ABŞ dolları dəyərində (-28 %) 4,7 ton (-28 %), Kosta-Rikadan 0,2 min ABŞ dolları dəyərində (-81 %) 0,2 ton (-81 %), Çindən 0,1 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) yemiş alıb.

2023-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 84,1 ton yemişin 41,6 %-i İranın, 19 %-i Türkiyənin payına düşüb.