Azərbaycan Türkiyədən xam şəkər idxalını bərpa edib

Biznes
  • 30 iyun, 2022
  • 05:59
Azərbaycan Türkiyədən xam şəkər idxalını bərpa edib

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 42,227 milyon ABŞ dolları dəyərində 78 min 757 ton xam şəkər (şəkər çuğundurundan/qamışından alınan aromatik-dad və ya boyayıcı əlavələrsiz) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,3 %, kəmiyyət olaraq – 22,7 % azdır.

Hesabat dövründə Meksikadan 25,996 milyon ABŞ dolları dəyərində 49 min 020 ton, Braziliyadan 16,196 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 64,4 % azalıb) 29 min 710 ton (-70,8 %), Kolumbiyadan 18,54 min ABŞ dolları dəyərində (+72,5 %) 16,13 ton (+2,4 dəfə), Mavrikiyadan 6,72 min ABŞ dolları dəyərində (+52,4 %) 4,43 ton (+2,1 dəfə), Türkiyədən 4,69 min ABŞ dolları dəyərində 3 ton məhsul gətirilib.

Bir il əvvəl Meksikadan idxal həyata keçirilməyib. Altı il 3 aylıq fasilənin ardından Türkiyədən tədarük bərpa edilib.

Qeyd edək ki, ötən il ölkəyə gətirilən 303,7 min ton xam şəkərin 92,2 % Braziliyanın payına düşüb.