Azərbaycan Türkiyədən xalça tədarükünü cüzi azaldıb

Biznes
  • 13 iyul, 2022
  • 07:38
Azərbaycan Türkiyədən xalça tədarükünü cüzi azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 3,39 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.

Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 0,491 milyon ABŞ dollarlıq xalça ixrac edib ki, bu da, illik müqayisədə 4,8 % azdır.

Bu ilin ilk 6 ayında Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 16,1 % azalaraq 1,355 milyard ABŞ dollarına, iyun ayında isə xalça ixracının dəyəri 24 % azalaraq 0,226 milyard ABŞ dollarına çatıb.

44 filmi