Azərbaycan Türkiyədən xalça tədarükünə çəkdiyi xərci 3 %-dək azaldıb

Biznes
  • 13 avqust, 2022
  • 13:21
Azərbaycan Türkiyədən xalça tədarükünə çəkdiyi xərci 3 %-dək azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 3,857 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.

Təkcə bu ilin iyul ayında isə Türkiyə Azərbaycana 0,511 milyon ABŞ dollarlıq xalça ixrac edib ki, bu da, illik müqayisədə 8,7 % azdır.

Bu ilin ilk 7 ayında Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 17,4 % azalaraq 1,512 milyard ABŞ dollarına, iyul ayında isə - 26,7 % azalaraq 0,156 milyard ABŞ dollarına çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti