Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci açıqlayıb
Biznes
- 06 iyul, 2024
- 11:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 3,234 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrün göstəricisi ilə müqayisədə 32,1 % azdır.
Təkcə may ayında Türkiyə Azərbaycana 387 min ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da, illik müqayisədə 40,8 % azdır.
6 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 7,6 % artaraq 1,375 milyard ABŞ dollarına, iyun ayında isə 21,2 % azalaraq 178 milyon ABŞ dollarına enib.
Son xəbərlər
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr
23:17
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika
23:01
Ərdoğanla Tramp arasında telefon danışığı olub, qlobal proseslər müzakirə edilib
Region
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda