Azərbaycan Türkiyədən tütün idxalına çəkdiyi xərci təqribən 4 dəfə artırıb

Biznes
  • 06 sentyabr, 2023
  • 05:56
Azərbaycan Türkiyədən tütün idxalına çəkdiyi xərci təqribən 4 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 30,015 milyon ABŞ dolları dəyərində tütün idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.

Təkcə avqust ayında isə Türkiyə Azərbaycana 3,362 milyon ABŞ dolları dəyərində tütün ixrac edib ki, bu da illik müqayisədə 14,8 % azdır.

8 ayda Türkiyənin tütün ixracının ümumi dəyəri illik müqayisədə 25,5 % artaraq 0,631 milyard ABŞ dollarına, avqustda isə 5,8 % azalaraq 0,083 milyard ABŞ dollarına düşüb.

44 filmi