Azərbaycan Türkiyədən tomat şirəsi idxalını bərpa edib

Biznes
  • 14 iyul, 2023
  • 08:23
Azərbaycan Türkiyədən tomat şirəsi idxalını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 46,2 min ABŞ dolları dəyərində 56,2 ton tomat şirəsi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 % çoxdur, kəmiyyət olaraq – 26 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 40 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % çoxdur) 50,7 ton (-16 %), İspaniyadan 2,4 min ABŞ dolları dəyərində 2,1 ton (bir il əvvəl tədarük olmayıb), Belarusdan 1,5 min ABŞ dolları dəyərində (-69 %) 1,6 ton (-82 %), Avstriyadan 1,4 min ABŞ dolları dəyərində (+49 %) 1 ton (+12 %), Türkiyədən 0,7 min ABŞ dolları dəyərində 0,7 ton məhsul alıb.

Azərbaycan bir il 2 aylıq fasilənin ardından Türkiyədən tomat şirəsinin tədarükünü bərpa edib.