Azərbaycan Türkiyədən təbii bal idxalını 3 dəfə artırıb
- 30 iyul, 2024
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 466 min ABŞ dolları dəyərində 87 ton təbii bal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 dəfə, kəmiyyət olaraq – 5,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana Rusiyadan 229,36 min ABŞ dolları dəyərində 45,87 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 195 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 6 dəfə çoxdur) dəyərində 33 ton (+3 dəfə), Gürcüstandan 38,5 min ABŞ dolları dəyərində 7,7 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 2,91 min ABŞ dolları (-85 %) dəyərində 0,24 ton (-85 %), İrandan 0,9 min ABŞ dolları (-86 %) dəyərində 0,25 ton (-87 %) məhsul gətirilib.
2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 103 ton təbii balın 42,7 %-i Rusiyanın, 26,2 %-i Türkiyənin payına düşüb.