Azərbaycan Türkiyədən sement tədarükünü artırıb

Biznes
  • 12 iyul, 2022
  • 12:09
Azərbaycan Türkiyədən sement tədarükünü artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 27,62 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 % çoxdur.

Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 5,864 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da, illik müqayisədə 27 % çoxdur.

Bu ilin ilk 6 ayında Türkiyənin ümumi sement, şüşə, keramika və torpaq məmulatları ixracının dəyəri illik müqayisədə 27,3 % artaraq 2,831 milyard ABŞ dollarına, iyun ayında isə sement, şüşə, keramika və torpaq məmulatları ixracının dəyəri 23 % artaraq 0,524 milyard ABŞ dollarına çatıb.

44 - Tezliklə