Azərbaycan Türkiyədən sement, şüşə, keramika və torpaq məhsulları idxalını xeyli artırıb
- 09 aprel, 2022
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 11,450 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məhsulları idxal edib.
“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında deyilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,9 % çoxdur.
Təkcə bu ilin mart ayında isə Türkiyə Azərbaycana 4,105 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 28,2 % çoxdur.
Bu ilin ilk 3 ayında Türkiyənin ümumi sement, şüşə, keramika və torpaq məhsulları ixracının dəyəri illik müqayisədə 28,3 % artaraq 1,297 milyard ABŞ dollara, mart ayında isə sement, şüşə, keramika və torpaq məhsulları ixracının dəyəri 27,9 % artaraq 514 milyon ABŞ dollarına çatıb.