Azərbaycan Türkiyədən sement idxalına çəkdiyi xərci 4 %-ə yaxın artırıb

Biznes
  • 06 yanvar, 2025
  • 11:30
Azərbaycan Türkiyədən sement idxalına çəkdiyi xərci 4 %-ə yaxın artırıb

2024-cü ildə Azərbaycan Türkiyədən 52,672 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,6 % çoxdur.

Təkcə dekabrda isə Türkiyə Azərbaycana 4,341 milyon dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 24 % azdır.

Ötən il Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 6,2 % azalaraq 4 milyard 314,179 milyon ABŞ dollarına düşüb, dekabrda isə 3 % azalaraq 341,289 milyon ABŞ dollarına düşüb.

44 filmi