Azərbaycan Türkiyədən sement idxalına çəkdiyi xərci 10 % azaldıb

Biznes
  • 04 sentyabr, 2023
  • 07:22
Azərbaycan Türkiyədən sement idxalına çəkdiyi xərci 10 % azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 32,06 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır.

Təkcə avqust ayında Türkiyə Azərbaycana 3,978 milyon ABŞ dollarlıq sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,4 % azdır.

8 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 15,1 % azalaraq 3,157 milyard ABŞ dollarına düşüb, avqust ayında isə 16,5 % azalaraq 0,396 milyard ABŞ dollarına çatıb.

44 filmi