Azərbaycan Türkiyədən sement alışına çəkdiyi xərci 3 % azaldıb

Biznes
  • 04 yanvar, 2024
  • 08:32
Azərbaycan Türkiyədən sement alışına çəkdiyi xərci 3 % azaldıb

Ötən ildə Türkiyədən Azərbaycana 50 milyon 875 min ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məhsulları ixrac edilib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 2,9 % azdır.

Həmçinin ötən ilin dekabrında Türkiyədən Azərbaycan. 5 milyon 722 min ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məhsulları gətirilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 % çoxdur.

44 filmi