Azərbaycan Türkiyədən qızılbalıq alışını kəskin artırıb

Biznes
  • 23 oktyabr, 2023
  • 11:47
Azərbaycan Türkiyədən qızılbalıq alışını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 449,5 ton qızılbalıq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,4 %, kəmiyyət olaraq - 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çilidən 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % çoxdur) 254 ton (+38 %), Norveçdən 589 min ABŞ dolları dəyərində (-16 %) 105 ton (-6 %), Ukraynadan 473 min ABŞ dolları dəyərində (+31 %) 35 ton (+46 %), Lüksemburqdan 360 min ABŞ dolları dəyərində (+2,3 %) 17 ton (-11 %), Türkiyədən 47 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 5,71 ton (+5,2 dəfə) qızılbalıq alıb.

2022-ci ildə Azərbaycana (20 ölkədən) idxal edilmiş 786 ton qızılbalığın 48,4 %-i Çilinin, 20,9 %-i Norveçin, 13,1 %-i Ukraynanın payına düşüb.

44 filmi