Azərbaycan Türkiyədən qara və əlvan metalların idxalını artırıb

Biznes
  • 13 avqust, 2022
  • 10:45
Azərbaycan Türkiyədən qara və əlvan metalların idxalını artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 68,604 milyon ABŞ dolları dəyərində qara və əlvan metalları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.

Təkcə bu ilin iyul ayında isə Türkiyə Azərbaycana 8,882 milyon ABŞ dollarlıq qara və əlvan metalları ixrac edib ki, bu da, illik müqayisədə 32,5 % azdır.

Bu ilin ilk 7 ayında Türkiyənin ümumi qara və əlvan metalları ixracının dəyəri illik müqayisədə 33 % artaraq 8,796 milyard ABŞ dollara, iyul ayında isə bu metalların ixracının dəyəri 5,6 % artaraq 929 milyon ABŞ dollarına çatıb.

44 filmi