Azərbaycan Türkiyədən qara və əlvan metalların idxalına çəkdiyi xərci 3 % artırıb
- 08 iyul, 2023
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 61,375 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 9,283 milyon ABŞ dolları dəyərində qara və əlvan metalları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,4 % azdır.
6 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 16,8 % azalaraq 6,499 milyard ABŞ dollara, iyun ayında isə 18,8 % azalaraq 1,09 milyard ABŞ dollarına düşüb.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 1 milyard 086,639 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Təkcə iyun ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 172,388 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6,1 % azdır.