Azərbaycan Türkiyədən polad tədarüküna çəkdiyi xərci 34 % artırıb

Biznes
  • 12 avqust, 2022
  • 12:22
Azərbaycan Türkiyədən polad tədarüküna çəkdiyi xərci 34 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 75,204 milyon ABŞ dolları dəyərində polad idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur.

Təkcə bu ilin iyul ayında isə Türkiyə Azərbaycana 8,844 milyon ABŞ dollarlıq polad ixrac edib ki, bu da illik müqayisədə 11,3 % çoxdur.

Bu ilin ilk 7 ayında Türkiyənin ümumi polad ixracının dəyəri illik müqayisədə 24 % artaraq 13,496 milyard ABŞ dollarına, iyul ayında isə polad ixracının dəyəri 7,1 % azalaraq 1,604 milyard ABŞ dollarına enib.

44 filmi