Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 13 % azaldıb

Biznes
  • 04 dekabr, 2023
  • 06:55
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 13 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 105,764 milyon ABŞ dolları dəyərində polad idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 % azdır.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 8,940 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 36,2 % azdır.

11 ayda Türkiyənin polad ixracının ümumi dəyəri illik müqayisədə 31,2 % azalaraq 13,545 milyard ABŞ dollarına, noyabrda isə 11,6 % azalaraq 1,183 milyard ABŞ dollarına düşüb.

44 filmi