Azərbaycan Türkiyədən minik avtomobillərin idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Biznes
  • 11 oktyabr, 2022
  • 13:00
Azərbaycan Türkiyədən minik avtomobillərin idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar- sentyabr aylarında Azərbaycan Türkiyədən 4 milyon 305 min ABŞ dolları dəyərində minik avtomobili alıb, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.

Bu barədə “Report” Türkiyənin Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyənin ümumi minik avtomobil ixracının dəyəri bu ilin 9 ayında 6 milyard 558 milyon 472 min ABŞ dolları dəyərində olub. Türkiyə ixracının dördə birini Fransa və Böyük Britaniyaya həyata keçirib.

Bu ilin 9 ayında Türkiyə Fransaya 948 milyon 759 min ABŞ dolları, Britaniyaya 803 milyon 58 min ABŞ dolları, İspaniyaya 635 milyon 299 min ABŞ dolları, Almaniyaya isə 538 milyon 113 min ABŞ dolları dəyərində avtomobil ixrac edib.

Son xəbərlər

Bütün Xəbər Lenti