Azərbaycan Türkiyədən meyvə və tərəvəz idxalına çəkdiyi xərci cüzi artırıb

Biznes
  • 16 iyul, 2022
  • 07:06
Azərbaycan Türkiyədən meyvə və tərəvəz idxalına çəkdiyi xərci cüzi artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 8,545 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 1,595 milyon ABŞ dollarlıq dəyərində meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 24,8 % azdır.

Bu ilin ilk 6 ayında Türkiyənin ümumi dəyərində meyvə və tərəvəz məhsulları ixracının dəyəri illik müqayisədə 23,3 % artaraq 1,153 milyard ABŞ dollarına, iyun ayında isə dəyərində meyvə və tərəvəz məhsulları ixracının dəyəri 5,6 % azalaraq 0,183 milyard ABŞ dollarına çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti