Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 18 % artırıb

Biznes
  • 07 dekabr, 2024
  • 11:45
Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 18 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 21,559 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 1,997 milyon ABŞ dollarlıq meyvə-tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 30,7 % çoxdur.

Hesabat dövründə Türkiyənin meyvə-tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 14,6 % artaraq 2,483 milyard ABŞ dollarına, noyabrda isə 6,7 % artaraq 245 milyon ABŞ dollarına çatıb.