Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 7 %-ə yaxın azaldıb

Biznes
  • 14 avqust, 2025
  • 14:07
Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 7 %-ə yaxın azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 12,545 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % azdır.

Təkcə iyulda Türkiyə Azərbaycana 1,675 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 33 % azdır.

7 ayda Türkiyənin meyvə-tərəvəz ixracının ümumi dəyəri illik müqayisədə 2,9 % azalaraq 1 milyard 468 milyon ABŞ dolları, iyulda isə 2 % artaraq 230 milyon ABŞ dolları olub.

44 filmi