Azərbaycan Türkiyədən metal idxalını artırıb

Biznes
  • 23 avqust, 2023
  • 08:06
Azərbaycan Türkiyədən metal idxalını artırıb

Bu ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana 71 milyon 61 min ABŞ dolları dəyərində qara və əlvan metallar ixrac olunub.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Təkcə iyulda isə Azərbaycan Türkiyədən 9 milyon 701 min ABŞ dolları dəyərində qara və əlvan metallar idxal edib ki, bu da illik müqayisədə 9,4 % çoxdur.

44 filmi