Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci cüzi artırıb

Biznes
  • 10 may, 2025
  • 11:41
Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci cüzi artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 37,355 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çoxdur.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 10,15 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,2 % çoxdur.

4 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 8,5 % artaraq 4,249 milyard ABŞ dollarına, aprel ayında isə 18 % artaraq 1,082 milyard ABŞ dollarına çatıb.

44 filmi