Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalınına çəkdiyi xərci 44 % artırıb

Biznes
  • 16 iyul, 2022
  • 06:06
Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalınına çəkdiyi xərci 44 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 5,696 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumatda deyilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,2 % çoxdur.

Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 1,393 milyon ABŞ dollarlıq dəyərində mədən sənayesi məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 23 % çoxdur.

Bu ilin ilk 6 ayında Türkiyənin ümumi dəyərində mədən sənayesi məhsulları ixracının dəyəri illik müqayisədə 19,4 % artaraq 3,362 milyard ABŞ dollarına, iyun ayında isə dəyərində mədən sənayesi məhsulları ixracının dəyəri 20,2 % artaraq 0,597 milyard ABŞ dollarına çatıb.